Əsl Yurd:Axirət
Bir çox insan yer üzündə qüsursuz və gözəl həyatın yaradıla biləcəyini zənn edir. Kifayət qədər maddi imkanlar əldə etdikdə bu dünyadakı həyatın insanı tamamilə təmin edə biləcəyini və onu xoşbəxt edəcəyini düşünür. Daha geniş yayılmış mülahizəyə görə, insan maddi zənginlik, xoşbəxt ailə və digər insanların gözündə hörmət qazandığı zaman qüsursuz həyat qurmuş olur.
Halbuki Allah Quranda bizə belə düşüncə, belə dünyagörüşü vermir. Əksinə, Quranda bildirildiyinə görə, dünyada yaşadığımız həyat heç vaxt qüsursuz, gözəl və problemsiz ola bilməz. Çünki bu həyat belə planlaşdırılmışdır.
"Dünya" sözünün kökü bu mənada çox əhəmiyyətlidir. Bu söz ərəb dilindəki "deniy" sözündən törəyib. "Deniy" isə "alçaq", "aşağı", "bəsit", "dəyərsiz" kimi mənalara gəlir. Belə olduqda "dünya" sözü də bunları əhatə edən məkan mənasını verir.
Dünyanın dəyərsiz olması və mənasızlığı Quranda tez-tez qeyd olunur. Dünyanı bəzəyən bütün amillər- zənginlik, fəaliyyət, ailə, övladlar, uğur və s. Qurana görə, əslində müvəqqəti, aldadıcı və boşdur.
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Dünya malına aldananları axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
İnsanın dünya ilə bağlı necə aldandığı, necə özünüaldatmaya qapıldığı başqa ayədə belə izah edilir:
Lakin siz dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir. (Əla surəsi, 16-17)
Əsas məsələ də yuxarıdakı ayədə bildirildiyi kimi, dünyanın axirətdən üstün tutulması ilə başlayır. Çünki insanlar dünyanı axirətdən üstün tutmaqla Allahın vədindən və beləliklə də Allahdan üz çevirmiş olurlar. Allah Quranda bu insanları "Bizimlə qarşılaşacaqlarına ümid etməyə, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanlar" (Yunus surəsi, 7) kimi təqdim edilir və bunların cəhənnəmə gedəcəklərini xəbər verir.
Əlbəttə, dünya həyatının qüsur və çatışmazlıqları bu dünyada gözəlliklərin olmaması demək deyil. Əksinə, Allah dünyanı cənnəti xatırladacaq çox gözəl nemətlərlə doldurub. Lakin dünya həyatında bu gözəlliklərlə yanaşı cəhənnəmə aid olan qüsurlar və çirkinliklər də var. Dünyadakı imtahan şəraitinin hikmətinə görə, cənnətə və cəhənnəmə aid olan xüsusiyyətlər qarışıqdır və birlikdədir. Beləliklə, möminlər həm cənnət, həm də cəhənnəm haqqında təsəvvür əldə edir, həm də özlərini dünyadakı qısa və müvəqqəti həyata qurban vermək əvəzinə həqiqi, qüsursuz, nöqsansız və əbədi həyat olan axirətə üz tuturlar. Allahın qulları üçün seçib bəyəndiyi həyat da elə bu axirət həyatıdır. Axirət Quranda insanların həqiqi və əbədi yurdu kimi göstərilir.
Elə buna görə də axirəti qazanmaq, yəni cənnətə qovuşmaq üçün çox çalışmaq lazımdır. Allah inanan qullarına bunları əmr etmişdir:
Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin. (Ali-İmran surəsi, 133)
CƏNNƏT ÜÇÜN YARIŞANLARIN VƏZİYYƏTİ
Mömin Quranda sonsuz əcr, mükafat və xoşbəxtliklə müjdələnmişdir. Lakin burada əksər insanların diqqətindən yayınan çox əhəmiyyətli məqam var. Bu da sonsuz zaman müddətində sonsuz gözəlliklərə aparan müjdənin mömin üçün hələ dünyada ikən başlamasıdır. Çünki mömin axirətdə cənnətlə müjdələndiyi kimi bu dünyada da Allahın lütfündən, ikramından və nemətindən məhrum edilməyib.
Quranda saleh əməl sahiblərinin bu dünyada da gözəl həyat tərzi keçirəcəkləri bildirilir:
Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)
İstər mükafat və şövq mənbəyi, istərsə də əvəzsiz lütf və ehsanın göstəricisi olaraq saleh qullarına dünyada da nemət və gözəlliklər verməsi Allahın dəyişməz qanunudur. Zənginlik, möhtəşəmlik və gözəllik cənnətin ən əsas xüsusiyyətlərindən biri olduğu üçün Allah sevdiyi seçkin qullarına cənnəti xatırladacaq, onların cənnətə qovuşmaq arzu və həyəcanlarını artıracaq nemətlərin və şəraitlərin oxşarını bu dünyada da yaradır. Buna görə də inkarçıların əzabları bu dünyadan başladığı kimi saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də onlara dünya həyatlarında göstərilməyə başlanır. Allah mömini sınamaq məqsədilə bütün həyatı boyunca ona sıxıntılar, çətinliklər, əzablar, ağrı-acılar da verir, lakin bütün bunlara Allah rizası üçün səbir edən mömin bütün bu çətinliklərdən inkarçı insanın ala bilməyəcəyi mənəvi zövq alır.
Mömin onu yaradan Allahı düşünməsinə, onun əmr və qadağalarına tabe olmasına, onun insanlar üçün seçib bəyəndiyi dinə əməl etməsinə, ölümdən sonrakı həyat üçün böyük ümidlərə görə hər ruhi əziyyət və üzüntüdən uzaqdır. Hər şeydən əvvəl onu yaradan Allahın yardımı və dəstəyi onunla birlikdədir. Bu, möminlərin hər namazda, hər saleh əməldə Allah rizası üçün görülən hər böyük və kiçik işdə Allahın onları gördüyünü, mələklərin bütün bunları əməl dəftərinə yazdığını və axirətdə bunların əvəzini alacaqlarını bilməyindən irəli gələnrahatlıqdır. Həmçinin bu, Allahın onları görünməyən mələklərlə dəstəklədiyi, "öndən və arxadan təqib" etdiyi və bunun özlərini "Allahı əmri ilə qoruyurlar" (Rəd surəsi, 11) ayəsində göstərildiyi kimi, onun yolunda mübarizə aparıb qalib gələcək olan insanların cənnətlə müjdələnənlərin iman gətirənlər olduqlarını bilməsindən irəli gəlir. Beləliklə də saleh möminlər Allahın mələklərə, "...möminlərə qüvvət və mətanət verin" (Ənfal surəsi, 12) vəhyinə görə əsla qorxuya və hüznə qapılmazlar.
Möminlər "Rəbbimiz Allahdır!" deyən, sonra da sözündə düz" (Fussilət surəsi, 30) olan insanlardır. Onların üzərinə "Mələklər nazil olub belə deyəcəklər: "Qorxmayın və kədərlənməyin! Siz də vəd olunan cənnətlə sevinin!" (Fussilətsurəsi, 30) deyirlər. Möminlər "heç kəsi gücü çatdığından artıq işə vadar etmərik" (Əraf surəsi, 42) əmrini bilirlər. Onlar Allahın yazısına və hər şeyi yerinə yetirənin Allah olduğuna qəti olaraq inanır və beləliklə də başlarına gələnlərə "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey baş verməz" (Tövbə surəsi, 51) deyərək təvəkkül edirlər. Allah rizasına tabe olduqları və hər zaman "Allah bizə bəs edər, O, nə gözəl Vəkildir!" (Ali-İmran surəsi, 173-174) dediklərinə görə də onlara heç bir pislik dəyməyəcək. Lakin dünya imtahan yeri olduğundan əlbəttə ki, möminin qarşısına müxtəlif çətinliklər çıxa bilər. Onlar müəyyən dövrlərdə aclıq, xəstəlik, yuxusuzluq, qəza, maddi itki və s. kimi çətinliklərlə üz-üzə gələ bilərlər. Möminlər yoxsulluq və çətinliklə də imtahana çəkilə bilərlər:
Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214)
Şübhəsiz ki, bu çətin vəziyyət peyğəmbərin və yanındakı möminlərin Allaha qarşı duyduğu hörmət və qorxunu, cənnətə olan istəklərini daha da artırır. Elə Allah da ayənin sonunda yardımının çox yaxın olduğunu müjdələyir.
Allah müttəqilərə imanlarına görə nicat verər. Onlara pislik toxunmaz və onlar qəm-qüssə də görməzlər. (Zumər surəsi, 61)
Mömin çətinliklərin imanının sınanması üçün xüsusi olaraq yaradıldığını, gözəl səbir və təvəkkül göstərdiyi təqdirdə bunların onun axirəti üçün sonsuz əcr mənbəyi, inkişaf etməsi üçün böyük fürsət olduğunu bildiyinə görə rahatlıq, xoşbəxtlik və sevincindən heç bir şey əksilməz.
Kafirlər üçün isə bu vəziyyət tamamilə əksinədir. Bir inkarçı gördüyü fiziki çətinliklərlə yanaşı ruhi cəhətdən də əzab çəkər.
İnkarçılara xas olan qorxu, üzüntü, ümidsizlik, narahatçılıq, pessimizm kimi neqativ hisslər onların cəhənnəmdə görəcəyi əzabın mənəvi hissəsinin bu dünyadakı kiçik başlanğıcıdır. Allah azdırdığı bu insanların "Köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar" və "Allah iman gətirməyənlərə pisliyi belə edər! (Ənam surəsi, 125)
Allah bunun müqabilində Ondan bağışlanmalarını diləyən, tövbə edən saleh möminlərə dünyada da fayda verəcəyini və ehsan edəcəyini ayələrdə bildirir. "Hud" surəsinin 3-cü ayəsində belə deyilir:
Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram. (Hud surəsi, 3)
Başqa bir ayədə də möminlərin dünya həyatı belə tərif edilir:
Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: "Rəbbiniz nə nazil etmişdir?" - deyə soruşduqda isə onlar: "Xeyir!" - deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri gözəl həyat gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Axirət yeri bu dünyadan daha xeyirli və daha üstündür. Dünyanın bütün gözəllikləri axirət gözəllikləri ilə müqayisədə mənasızdır. Belə olduğu halda, dünyada yeganə hədəf axirət olmalıdır. Allah bunu özünə məqsəd seçən möminlərin dünyadakı nemətlərini də artırır.
MÖMİNLƏRİN HƏQİQİ MƏSKƏNİ: CƏNNƏT
Allah mömin olaraq onun hüzuruna gələnlərə əbədi qalacaqları cənnəti vəd edib. Şübhəsiz ki, Allahın vədi qətidir. Beləliklə, bu dəqiq sözə inananlar bu vədin yerinə yetəcəyinə əsla şübhə etməzlər və mömin kimi canlarını tapşırdıqları zaman günahlarının bağışlanaraq cənnətə qəbul ediləcəklərini bilirlər. Bir ayədə belə bildirilir:
Rəhmanın öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)
Nəhayət, gözlənilən o an gələr. Cənnət möminin bütün həyatı boyu düşündüyü, qovuşa bilmək üçün dua etdiyi və layiq ola bilmək üçün var gücü ilə çalışdığı yer, məskənlərin ən xeyirlisi vəAllah qatındakı əsl yurddur. Cənnət möminlər üçün hazırlanmış və onlara təqdim olunmaq üçün qapıları açılmışdır. Möminlərin cənnətə daxil olması ilə bağlı bir ayədə bu misilsiz mənzərə belə təsvir edilir:
Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan daxil olub: Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunun aqibəti nə gözəldir!" -deyəcəklər. (Rəd surəsi, 23-24)
CƏNNƏTDƏKİ GÖZƏLLİKLƏR
Allahdan qorxub pis əməllərdən çəkinənlərə vəd edilən cənnətin vəsfi belədir: altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir! (Rəd surəsi, 35)
Mövzuya keçməzdən əvvəl qeyd olunmalı vacib məsələ var. Geniş yayılmış bir inanc olan "cənnətin yalnız təbii gözəlliklərdən, yaşıllıqlardan və axar sulardan ibarət olması" fikri Qurana əsaslanmayan olduqca səthi düşüncənin məhsuludur. Əlbəttə ki, təbii gözəlliklər və yaşıllıqlar cənnətin mükəmməlliyini tamamlayan çox gözəl və estetik fon yaradır. Mülklərin və kölgəliklərin bağçaların içində, bulaqların yanında olmasının da hikməti elə budur. Lakin bu və ya buna bənzər deyilənlərin heç biri həqiqi cənnəti ifadə etmək üçün kifayət deyil.
Bəzi hissələri dünyadakıları xatırladan, bəziləri isə heç bir nəfsin görmədiyi "o iki cənnətin ağacları qollu-budaqlı, merli-meyvəli" (Rəhman surəsi, 48) olan cənnətin nemət və gözəllikləri təxəyyül və ifadə hüdudlarından çox uzaqdır. Bunu bilmək lazımdır ki, möminləri cənnətdə bizim xəyalımızdan uzaq olan və Allahın sonsuz elmi nəticəsində hazırlanmış bir çox gözəllik və hədiyyələr gözləyir. Хüsusən də "...Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!" (Şura surəsi, 22) ayəsində də bildirildiyi kimi, bütün təbii gözəlliklər də daxil olmaqla cənnətdəki hər şey möminin öz zövqü ilə gerçəkləşir. Yəni Quranda bildirilmiş gözəlliklərdən də üstün, insanın xəyal gücü, Allahın izni və lütfü ilə cənnətdə hər cür gözəlliklər olacaq.
CƏNNƏTDƏ MÖMİNLƏRİN YAŞADIĞI ŞƏRAİT
Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur! (Tövbə surəsi, 72)
Möminlərin dünyada yaşadığı evlər "Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir" (Nur surəsi, 36) kimi göstərilən məkanlardır və yenə də Allahın əmri ilə təmiz saxlanılan, diqqət göstərilən yerlərdir. Cənnət evləri də buna bənzər olaraq möminlərin Allahı andıqları və Ona şükür etdikləri tərtəmiz məkanlardır.
Möminlərin yaşadıqları gözəl məskənlər, evlər, mülklər bir az əvvəl təsvir edilmiş təbii gözəlliklərin içində qurulmuş ola bildiyi kimi bunların olduqca müasir və estetik memarlıq nümunələri olan şəhərlərdə inşa edilməsi də mümkündür.
Quranda haqqında danışılan evlər əsasən təbii gözəlliklərin içində inşa edilmişdir. Bir ayə bunu belə bildirir:
Lakin Rəbbindən qorxanları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz! (Zumər surəsi, 20)
Haqqında ayələrdə bəhs edilən məskənlər hündür yerlərdə qurulmuş mülklər, altından sular axan, bu mənzərəni seyr etmək üçün geniş pəncərəli və ya dörd tərəfi şüşələrdən tikilmiş salonlar da ola bilər. Beləliklə, möminlər insan ruhunun ən çox zövq alacağı şəkildə döşənmiş evlərdə, taxtlar üzərində dincələrkən və ən gözəl meyvələrlə, içkilərlə ruziləndirilərkən hündürlüklərdən baxaraq bir-birindən möhtəşəm mənzərələri seyr edə bilərlər.
Mülklərin quruluşu və döşənməsi ən keyfiyyətli materiallardan, ən uyğun rənglərlə hazırlanmışdır. Rahat kresloları, üzbəüz oturmağa imkan verən taxtları var. Allah bir çox ayələrdə taxtlara diqqət çəkmişdir: "Onlar qızıl-gümüş, ləl-cəvahiratla bəzənmiş taxtlar üzərində qərar tutacaq, o taxtlara söykənib bir-birilə qarşı-qarşıya əyləşəcəklər" (Vaqiə surəsi, 15-16), "Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" (Tur surəsi, 20) ayələrindən də məlum olduğu kimi, taxtlar zənginlik, möhtəşəmlik və qüdrət simvoludur. Allah cənnəti nəsib etdiyi möminlərə belələrini layiq görür. Onlar cənnətdəki taxtlar üzərində uzanıb dincəlirlər. Bu şəraitdə möminlər daim Allahı xatırlayarlar:
Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır. Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! Elə bir Rəbb ki, öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır! (Fatir surəsi, 33-35)
Cənnətdəki əsas ləvazimatlar müxtəlif incəliklər vəheyranedici gözəlliklərdir. Bütün bunlar Allahın sonsuz elminin və sənətinin əks olunmasıdır. Məsələn, taxtlar ləl-cəvahiratlı hündür yerdə qurulmuş, diqqətlə düzülmüşdür. Geyimləri ipək və atlasdan olub qızıl və gümüşdən olan bəzək əşyaları ilə bəzədilmişdir. Allah çox təfsilatlar da vermiş, lakin insan xəyalından kənar ifadələrdən də istifadə etmişdir. Çox güman ki, cənnətdə hər möminin öz zövqünə uyğun yaradılmış mənzərə və təsvirlər var. Şübhəsiz ki, Allah cənnətə layiq bildiyi dəyərli möminlərə Quranda göstərdiyi nemətlərdən başqa hədiyyələr də hazırlamışdır.
CƏNNƏT İNSAN İDRAKI SƏRHƏDLƏRİNİN FÖVQÜNDƏDİR
...Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız! (Zuxruf surəsi, 71)
Qurandakı tərif, təsvir və bənzətmələrə, bundan əlavə "Bəqərə" surəsinin 25-ci ayəsində bildirildiyi kimi, cənnət nemətlərinin dünyada olanlara bənzəməsinə əsaslanaraq cənnətin necə yer olacağını əsas xüsusiyyətləri ilə təsəvvür edə bilərik. Bilirik ki, Allah möminləri "özlərinə tanıtmış olduğu cənnətə daxil edəcəkdir" (Muhəmməd surəsi, 6). Beləliklə, dünyada da Allahın izni ilə cənnətlə bağlı məlumatlar əldə etməyimiz mümkündür. Lakin əldə olunan bu məlumat yalnız Allahın bizə öyrətdiyi və cənnəti düşünməyimizə səbəb olan məlumatdır. "Bu məlumat bütünlüklə cənnəti tərənnüm edir" deyə bilmərik. Хüsusilə də bəzi ayələrdə diqqəti cəlb edən çox əhəmiyyətli bir təfsilat var. Bu da cənnətin "təxəyyülü canlandıran" təsviridir. İndi bu ayələrə baxmazdan əvvəl bir məqama diqqət yetirək. Quranda bəhs edilən "orada dadı dəyişməyən, qoxumayan sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar" (Muhəmməd surəsi, 15) misalı bizlərə cənnətin insanların xəyalında olan formasından da üstün yer olduğunu hiss etdirir. Bu ayə insan ruhunda cənnətin "hədiyyələr və müjdələr yurdu" olması fikrini yaradır.
Başqa bir ayədə də Allah cənnətdən "mərasim" kimi bəhs edir:
Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir. (Ali-İmran surəsi, 198)
Allah bu ayəsində cənnəti mərasim və əyləncə yeri kimi tanıdır. Dünya həyatının bitməsi, imtahandan alnıaçıq çıxılması və Quranın ifadəsi ilə desək, "əsl yurda", yəni əbədi yaşanacaq yerin ən gözəlinə çatmaq şübhəsiz ki, təntənə ilə qeyd olunmalı nəticədir. Bu mərasim özünün müddəti, ölçüləri və mahiyyəti ilə dünyada olanların heç biri ilə müqayisə olunmayacaq dərəcədə möhtəşəm mərasimdir. Belə bir mərasimin dünyada keçmişdən bu günümüzədək bütün xalqların və ölkələrin adət-ənənələrində yer alan bayram, mərasim və əyləncələrdən üstün olması dəqiqdir (ən doğrusunu Allah bilir).
Əbədi həyatda bu cür ziyafətlərlə və buna oxşar bitmək bilməyən müxtəlif nemətlərlə daimməşğul olmaqtəkcəcənnətə xas bir xüsusiyyəti də özü ilə birlikdə gətirəcək: yorulmamaq. Quranda bu gözəlliklə bağlı cənnətdəki möminlərin belə dedikləri bildirilir:
Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır. (Fatir surəsi, 35)
Bu yorğunluğa əlbəttə, zehni yorğunluq da daxildir.
Dünyəvi şərtlərdə insan cismani olaraq zəif yaradıldığına görə çox tez yorulur. Yorulduqda isə zehni qarışmağa başlayır, diqqəti dağılır, sağlam düşünməsi çətinləşir, dərk etməsi də zəifləyir. Halbuki bu vəziyyətdən cənnətdə söhbət getməyəcək. Möminin zehni Allahın nemətlərini tam dərk edə və bunlardan zövq ala bilməsi üçün həmişə aydın, şüuru iti olacaq. Dünyanın çatışmazlıqlarından biri olan yorğunluq hissi aradan qaldırılacağı üçün möminlərin sonsuz nemətlərdən daim istifadə edə bilməsi mümkün olacaq. Zövq alınması fasiləsizdir, bir nemətdən sonra digəri gəlir. Zövq almaqdan yorulmaq hissinin olmamasına Allah tərəfindən zəmanət verilmişdir.
Allah yorğunluq hissinin olmadığı bir şəraitdə möminlərin hər istədiyini yaradaraq onları mükafatlandırır. Hətta "Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur!" (Qaf surəsi, 35) deyərək Allah insanın istədiyindən, xəyalına gətirəcəyindən də artığını verəcəyini, müəyyən həddə olan istəklərimizi cənnətdə mərtəbə-mərtəbə artırılacağını göstərir.
Yaddan çıxarmaq olmaz ki, həqiqi yurd olan cənnətin ən böyük nemətlərindən biri də cəhənnəm əzabından qorunmaqdır (Duxan surəsi, 56). Hətta uğultusunu da eşitmədikləri (Ənbiya surəsi, 102) cəhənnəmi görə bilən, cəhənnəm əhli ilə danışa bilən möminlər üçün bütün bunlar şükür vəsiləsi olacaq hadisədir:
Və belə deyəcəklər: "Biz bundan əvvəl ailəmiz içində olarkən qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub bizi cəhənnəm əzabından qorudu. Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! (Tur surəsi, 26-28)
Cənnətin Qurandakı təsviri belədir:
Hara baxsan, nemət və böyük bir mülk görərsən. (İnsan surəsi, 20)
Ayələrdə bildirdiyinə görə, burada hər yer və ya hər görüntü Allahın misilsiz elmi sayəsində saysız-hesabsız nemətlərlə doldurulmuşdur. Yalnız və yalnız Allahın rəhm edib bağışladığı və cənnətinə daxil etdiyi möminlərə məxsus yaradılmaqla... (Doğrusunu Allah bilir) Başqa ayələrdə cənnətlə bağlı olaraq bu şəkildə buyurulur:
Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. (Hicr surəsi, 47)
Cənnətlərdə əbədi qalıb oradan ayrılmaq istəməyəcəklər! (Kəhf surəsi, 108)
ƏN BÖYÜK NEMƏT ALLAH RİZASI
Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, böyük qurtuluşdur! (Tövbə surəsi, 72)
Cənnətdəki nemətlərin gözqamaşdırıcı olduğunu ötən səhifələrdə birlikdə nəzərdən keçirdik. Ortaya çıxan mənzərə Allahın cənnətdə insanın beş duyğu üzvünə mümkün zövq və ləzzətlərin ən böyüyünü daddıracağını göstərir.
Lakin cənnətin bütün bunlardan da böyük olan neməti Allah rizasıdır, möminin Allahın rizasını qazandığı üçün duyduğu sevinc və rahatlıq hissidir. Bundan əlavə, Allah rizası Allahın verdiyi hər şeydən razı olmaq və Rəbbimizə daim şükür etmək xoşbəxtliyidir. Quranda cənnət əhlindən bəhs edilərkən bu vəsfə xüsusi diqqət edilir:
...Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, böyük qurtuluşdur! (Maidə surəsi, 119)
Əslində cənnətin digər nemətlərinə dəyər verən şey də yenə Allahın rizasıdır. Çünki cənnətdəki nemətlərdən bəzisi dünyada da ola bilər, lakin onlar öz dəyərini yalnız Allah rizası daxilində qazanırlar.
Bu məqam olduqca əhəmiyyətli və düşündürücüdür. Nemətlərin əsl dəyəri onların içində olan ləzzət və zövqdən daha üstündür. Onun əsl dəyəri həmin neməti Allahın bəxş etməsidir. Bu nemətdən istifadə edən və şükür edən mömin Allahın ona ikram etdiyini, Allahın onu sevdiyini, qoruyub nəzarət etdiyini və öz nemətindən ona zövq verdiyini hiss edir ki, əsl həzzi də elə bundan alır.
Elə buna görə də insanın qəlbi yalnız cənnətlə qane olur. İnsan Allaha qulluq etmək üçün yaradılmışdır və buna görə də yalnız Onun ikramından zövq alır. Dünyada isə cənnəti xatırladan şəraitlərdə, yəni nemətlərdən Allah rizası və Ona şükürlə istifadə edildiyi şəraitlərdə rahatlıq tapır. İnkarçıların qədimdən etibarən öz xəyallarında qurduğu "dünyada cənnət" idealının həyata keçməsi məhz bu səbəbdən mümkün deyil. Cənnətdəki maddi gözəlliklərin dünyadakı bənzərlərini bir yerə toplasanız da onlar Allahın rizası olmadan heç bir məna ifadə etməzlər. Allah həmin maddi gözəlliklərdən alınan zövqü də dərhal yox edər.
Qısası, cənnət Allahın ikramı olması səbəbi ilə çox dəyərlidir. Cənnət əhli "xəlq edilmiş möhtərəm qullar" (Ənbiya surəsi, 26) olduğu üçün əbədi xoşbəxtliyə və sevincə qovuşur. Orada söylənəcək ən hikmətli söz isə "əzəmət və kərəm sahibi olan" (Rəhman surəsi, 78) Allahın adını mədh edib ucaltmaqdır.
İNKARÇILARIN YERİ OLAN CƏHƏNNƏM
Cəhənnəm inkarçıların içində əbədi qalacaqları, insan bədəninə və ruhuna əzab vermək üçün xüsusi yaradılmış yurddur. Çünki inkarçılar günahkardır və Allahın ədaləti hər günah üçün bir cəza verilməsini vacib sayır. İnkarçıların etdiyi günahlar isə bütün mümkün günahlar arasında ən böyük günahdır. İnsanın onu yaradan, ona can verən Allaha qarşı çıxıb nankorluq etməsi kainatda ən böyük günahdır. Cəhənnəm bu ən böyük günaha ən böyük cəza vermək üçün Allahın ədalətinin yerinə yetirildiyi yerdir. İnsan Allahın qulu olmaq üçün yaradılmışdır. Əgər o, yaradılış qayəsini rədd edərsə, bunun əvəzini görəcək. Allah bir ayəsində belə buyurur:
...Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər. (Mumin surəsi, 60)
Bir halda ki əksər insanların etdiklərinin əvəzi cəhənnəmdir və heç kim buradan xilas olacağından əmin deyil, o zaman bütün bəşəriyyətin əsas problemi də bu olmalıdır. Bizim üçün ən böyük təhlükə cəhənnəmdir və bizim cəhənnəmdən qorunmaqdan qeyri mühüm vəzifəmiz yoxdur. Dünyada olan heç bir iş cəhənnəmdən xilas olmaq üçün edilən işlərdən əhəmiyyətli deyil.
Bu həqiqətə baxmayaraq, insanların əksəriyyəti bir növ sərxoşdur və özləri üçün başqa problemlər axtarır. Əhəmiyyətsiz məsələdən ötrü aylarla, illərlə çalışdıqları halda, özləri üçün ən böyük təhlükə olan cəhənnəm haqqında fikirləşmirlər. Cəhənnəm odu onlara çox yaxın olduğu halda, bunu görməyəcək qədər kordurlar. Quranda "daimi sərxoşluq" (qəflət) halında olan bu insanlardan belə bəhs edilir:
İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər. Qəlbləri qəflət içində olaraq ona qulaq asmasınlar... (Ənbiya surəsi, 1-3)
Bəzi insanların qəlbi ehtirasa aldanır, bütün həyatlarını mənasız düşüncələrə sərf edirlər. Bəziləri öz işində irəli getməyi, bəziləri xoşbəxt ailə qurmağı, çox pul qazanmağı və ya boş ideologiyanı müdafiə etməyi həyatlarının əsas məqsədi hesab edirlər. Qarşılarındakı böyük təhlükəni isə görmürlər. Cəhənnəm əsasən xəyali anlayış kimi qəbul olunur.
Halbuki cəhənnəm sıx bağlı olduqları bu dünyadan daha realdır. Dünya bir gün yox olacaq, lakin cəhənnəm əbədidir. Dünyanı, kainatı və insanı misli-bərabəri olmayan saysız tarazlıq və təfsilat üzərində qüsursuz şəkildə yaradan Allah eynilə axirəti və cəhənnəmi də yaratmış və cəhənnəm əzabını bütün müşriklərə, münafiqlərə və kafirlərə vəd etmişdir.
Ən pis məkan kimi yaradılan cəhənnəm insanların təsəvvürə gətirilə bilməyən əzab mənbəyidir. Bu əzab Allahın şəninə uyğun şəkildə yaradılıb və dünyada olan ən şiddətli əzabları əhatə edir.
İnsanın üzünə vurulan ikinci həqiqət isə cəhənnəm əzabının inkarçılar üçün əbədi olacağı həqiqətidir. Cahiliyyə cəmiyyətlərində bir çox insanlar cəhənnəm əzabının müəyyən müddət davam edib sonradan bağışlanacaqları kimi bir xurafata inanırlar. Bu insanlar dünyadan istədikləri qədər faydalanıb bunun əvəzində isə qısa müddət cəhənnəmdə qaldıqdan sonra əfv ediləcəklərini zənn edirlər. Amma onları gözləyən aqibət təxmin etdiklərindən daha acıdır. Çünki cəhənnəm əbədi davam edəcək əzab məkanıdır. Quranın heç bir ayəsində cəhənnəmdə bir az əzab görüb sonra da cənnətə aparılacaq insanlardan bəhs edilmir. Əksinə, Quranın bununla bağlı ayələri cəhənnəmin kafirlər üçün yaradıldığını və onun əzabının əbədi davam edəcəyini, geriyə heç bir dönüşün olmadığını vurğulayır. İnkarçılar "orada sonsuz müddət qalacaqlar" (Nəbə surəsi, 23).
Onu yaradıb "qulaq, göz və qəlb" (Nəhl surəsi, 78) verən Allaha qarşı bütün həyatını nankorluq və Allaha üsyan etməklə keçirən bir insan - Allahın diləməsindən başqa - əbədi əzab qazanmışdır. Onun özünə təsəlli vermək üçün irəli sürdüyü dəlillərin heç bir faydası olmayacaq. Dünyada olduğu zaman etdiyi azğınlıqlar, Allahın dininə qarşı göstərdiyi laqeydlik və hətta qisas hissi onu bu vəziyyətə gətirmişdir. Dünyada olduğu zaman Allaha qarşı təkəbbürlülük etmiş, möminlərə düşmən münasibət göstərmiş insanlara məhşər günü belə deyiləcək:
Haydı, girin əbədi qalacağınız cəhənnəmin qapılarına. Təkəbbürlülərin məskəni necə də pisdir! (Nəhl surəsi, 29)
Cəhənnəmin ən qorxunc xüsusiyyətlərindən biri də buradakı əzabın əbədi olmasıdır. Oraya daxil olan kəs bir daha geri dönməyəcək. Burada tək həqiqət əbədi olan cəhənnəm odudur. Allahın bəla verən (Qəhhar) sifətinin ən çox bilindiyi yer də buradır. Bununla qarşılaşan insan mənəvi olaraq əbədi məhv olur. Çünki onun artıq heç bir ümidi qalmamışdır. Cəhənnəm əhlinin çarəsizliyi Quranda belə bildirilir:
Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" - deyiləcəkdir. (Səcdə surəsi, 20)
CƏHƏNNƏM ƏZABI
İnkarçılar Allahın hüzurunda hesaba çəkildikdən sonra dəftərlərini sol tərəfdən alacaqlar. Bu, onların əbədi məskunlaşacaqları cəhənnəmə sürüklənmə anıdır. Kafirlər heç bir yolla xilas ola bilməyəcək. Milyardlarla insanın hazır dayandığı məhşər izdihamı da kafirlər üçün xilas və gözdən qaçma imkanı yaratmayacaq. Heç kim bu izdihamın içinə girərək özünü gizlədə bilməz. Bu vaxt cəhənnəm əhlinin hər biri özü üçün hazırlanmış bir şahid və mələklə gələcək:
Sur çalınacaqdır. Bu vəd olunmuş gündür! Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir. Ona belə deyiləcəkdir: "Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!" Yoldaşı deyəcəkdir: "Bu yanımdakı hazırdır!" "Atın cəhənnəmə hər bir inadcıl kafiri; xeyrə mane olanı, həddi aşanı, şəkk edəni! O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə! (Qaf surəsi, 20-26)
Beləliklə, kafirlər bu dəhşətli yerə üzü üstə sürüklənərək aparılacaqlar. Quranın ifadəsi ilə desək, "dəstə-dəstə" cəhənnəmə doğru aparılacaqlar. Lakin hələ ora çatmamışdan uzaqdan cəhənnəm qorxusu qəlblərini bürüyəcək. Çünki cəhənnəmin dəhşətli gurultusu uzaqdan da eşidilir:
...qaynayan cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, qeyzindən az qala parça-parça olsun... (Mülk surəsi, 7-8)
Ayələrdə bildirildiyinə görə, inkarçılar dirilmələri ilə yanaşı başlarına gələcək hadisələri də hiss etməyə başlayırlar. Onların boyunları alçalmaqdan və utanmaqdan bükülmüşdür. Kafirlər burada başları aşağı əyilmiş, dostsuz, köməksiz qalmış, təkəbbürləri sınmış, diz çökmüş vəziyyətdədirlər. Utandıqlarından başlarını qaldırmadan gözlərinin ucu ilə baxırlar. Bir ayədə belə bildirilir:
Ona gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: "Həqiqətən, ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır!" Bilin ki, zalimlər daimi əzab içində olacaqlar. (Şura surəsi, 45)
Cəhənnəm əzab vermək üçün yaradılıb. Ora daxil olan saysız-hesabsız inkarçıya baxmayaraq, yenə də yeni sakinlərini gözləyir:
O gün Biz Cəhənnəmə: "Doldunmu?" - deyəcək, o isə: "Yenə varmı?" - deyə cavab verəcəkdir. (Qaf surəsi, 30)
Cəhənnəm bir dəfə tutduğunu bir daha buraxmaz. Allah Quranda cəhənnəmi belə təsvir edir:
Biz onu Səqərə atacağıq. Sən nə bilirsən ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! İnsanı yandırıb-yaxar! (Muddəssir surəsi, 26-29)
BAĞLI QAPILARIN ARХASINDAKI ƏBƏDİ HƏYAT
Kafirlər cəhənnəmə girdikdən sonra cəhənnəmin qapıları onların üzünə bağlanacaq və onlar ən dəhşətli mənzərələrlə qarşılaşacaqlar. Bir azdan oda atılacaqlarını və əbədi olaraq orada qalacaqlarını dərk etmişlər. Qapıların bağlanması artıq xilas olmağın və ya qaçışın mümkün olmadığını göstərir. Allah inkarçı kafirlərin vəziyyətini belə təsvir edir:
Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir! Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Bələd surəsi, 19-20)
Kafirlərin qarşılaşdığı əzab Quranın ifadəsi ilə desək, "böyük əzab" (Ali-İmran surəsi, 176), "şiddətli əzab" (Ali-İmran surəsi, 4), "qəzəbli əzab"dır (Ali-İmran surəsi, 21). İnsanın dünya həyatında malik olduğu düşüncə cəhənnəm əzabını tam olaraq dərk etmək iqtidarında deyil. Bir neçə saniyə oda və qaynar suya dözə bilməyən insan əbədi davam edəcək cəhənnəm əzabını zehnində lazımi qədər canlandıra bilməz. Hətta dünyadakı odun əzabı cəhənnəm əzabının şiddəti ilə müqayisə edilə bilməz. Allahın əzabı misilsizdir:
O gün etdiyi əzabı heç kəs edə bilməz! Günahkarları heç kəs onun kimi zəncirləyə bilməz! (Fəcr surəsi, 25-26)
Quranda bildirildiyinə görə, cəhənnəmdəki həyat hər bir anının müxtəlif işgəncələrlə dolu olduğu həyatdır. Cəhənnəm həyatı təhqir və alçaldılmadan, rəzalətdən, səfalətdən, fiziki və psixoloji əziyyət və işgəncələrdən ibarətdir. Əlbəttə, cəhənnəmdəki əzabı dünyada olan heç bir əzabla müqayisə etmək mümkün deyil.
Cəhənnəm əhli bütün beş hissiyyat orqanı ilə əzab çəkir. Gözü dəhşətli və iyrənc mənzərələrin şahidi olur, qulağı qorxunc və əzabverici uğultular, gurultular, səs-küylər, iniltilər, qışqırıqlar eşidir, burnu ən pis və ürəkbulandırıcı qoxularla dolur, dili ən iyrənc dadları, ən dözülməz acılıqları hiss edir, dərisi, bütün vücudu, bütün hüceyrələri yanır, qovrulur, parçalanır, şiddətli əzab içində qıvrılır. O, ölüb yox ola bilmir. Quranın ifadəsi ilə "alova nə dərəcə dözümlüdür" (Bəqərə surəsi, 175). Dəriləri təzədən bərpa olur, əzabda da heç bir dayanma və azalma olmadan eyni işgəncə sonsuza kimi davam edir. Allah bir ayədə inkarçı kafirlərlə bağlı belə buyurur:
Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz! (Tur surəsi, 16)
Cəhənnəmdə fiziki əzablar kimi böyük mənəvi əzablar da var. Kafirlər burada alçaldılır, rəzil olur, peşman olur, onlara xor baxılır, çarəsizliyini və ümidsizliyini düşündükcə bu əzabları daha da artır. Bu əzabın əbədiliyini gözünün önünə gətirdikcə daha da ağır duruma düşüb məhv olur. Belə ki, əzab milyon il sonra, milyard il sonra və ya trilyonlarla il sonra bitsəydi, bu, onun üçün böyük ümid və sevinc mənbəyi olardı. Lakin əzabın bir daha bitməyəcəyini, cəhənnəmdən çıxmağın qeyri-mümkün olmasını bilməyinin ona verdiyi ümidsizlik hissi dünyadakı heç bir hisslə müqayisə edilə bilməyən bir hissdir.
Quranın bildirdiklərindən aydın olduğuna görə, cəhənnəm pis qoxulu, dar, gurultulu, qaranlıq, hisli, dumanlı və səs-küylü küçələri, hüceyrələri qovuran istiliyi, ən iyrənc yemək-içməkləri, odlu geyimləri ilə əbədi olan əzabın olduğu bir məkandır.
Cəhənnəmdə olan şəraiti bəzi cəhətlərdən nüvə müharibələrindən sonrakı həyatı təsvir edən filmlərdəki qaranlıq, pis, iyrənc, boğucu şəraitlərə bənzədə bilərik. Əlbəttə, belə bir məkanda buna uyğun da həyat olar. Cəhənnəm əhli eşidir, danışır, münaqişə edir, qaçmağa çalışır, odda yanır, əzabın yüngülləşməsini istəyir, susur, acıyır, peşmançılıq çəkir. Şüuru çox açıqdır.
Belə şəraitlərdə cəhənnəm əhli pis və iyrənc məkanlarda heyvanlar kimi yaşayır. Qida kimi yalnız zəqqum ağacını və ya darı tikanını tapırlar. İçmək üçün isə irin, qan və qaynar sudan başqa heç bir şeyləri yoxdur. Bu vaxt od onları hər tərəfdən əhatə edir. Yanan dərilərinin yerinə yeniləri yaranır. Beləliklə, odun verdiyi əzab azalmadan, daim davam edir. Dəriləri tökülmüş, ətləri yanmış, daxili orqanları qarışmış, bütün vücudları yanmış, qan və irin içində olduqları halda zəncirlənir və qamçılanırlar. Əlləri boyunlarında cəhənnəmin içərilərinə atılırlar. Zəbani mələkləri tərəfindən odlu yataqlarda yerləşdirilirlər, üzərlərinə örtülən örtüklər də oddandır. Bu əzabdan xilas olmaq üçün daim fəryad edir, yalvarırlar, lakin onlara heç bir cavab verilmir. Heç olmasa bir günlüyə də olsa əzablarının yüngülləşdirilməsini istəyirlər, lakin müqabilində yenə də alçaldılma və əzab görürlər. Cəhənnəmin bu günləri dünyanın 24 saatlıq günlərinə də əsla bənzəməz.
Cəhənnəmdə baş verəcək bütün hadisələr gerçəkdir. Bu gün bizim yaşadığımız həyatdan da realdır.
Allaha onun tam olaraq istədiyi kimi deyil, birtərəfli ibadət edənlər (Həcc surəsi, 11); "necə olsa da Allah bağışlayar" deyərək günah əməllər edib müəyyən qədər əzab gördükdən sonra xilas olacaqlarını zənn edənlər (Ali-İmran surəsi, 24); Allahdan başqasına ibadət edənlər; pul, mövqe, karyera kimi anlayışları həyatlarının əsas məqsədi halına gətirənlər; Allahın dinini öz istəklərinə görə dəyişdirənlər; Quranı öz şəxsi mənfəətlərinə görə şərh edənlər; imandan sonra yoldan azanlar, qısası, bütün inkarçılar, bütün müşrik və münafiqlər cəhənnəmə atılacaqlar. Allahın bu qəti sözü gerçəkləşəcək:
Əgər biz istəsəydik, hər kəsi doğru yola salardıq. Lakin Mən: "Cəhənnəmi mütləq bütün (inkar edən) cinlər və insanlarla dolduracağam!" sözünü gerçək olaraq demişəm! (Səcdə surəsi, 13)
Bu insanlar da elə cəhənnəm üçün xüsusi olaraq yaradılmışdır:
Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)
Bütün bu hallarda artıq əbədi olaraq cəhənnəm əhlinin halına acıyacaq, onları oddan xilas edəcək, onlara kömək edə biləcək heç bir insan ola bilməz. Kafirlər yaddan çıxarılmalarının, tək qoyulmalarının, atıldıqlarının iztirabını çəkirlər. "Bu gün bax burada onun yaxın bir dostu yoxdur" (Haqqə surəsi, 35). Qarşılarında isə yalnız əbədi həyatlarında onlara saysız əzab və işgəncələr verəcək "zəbanilər" adlandırılan əzab mələkləri var. Cəhənnəm əhlinə əzab vermək vəzifəsi daşıyan bu mələklər zərrə qədər də olsun mərhəmət hissinə malik deyil. Bunlar olduqca amansız, sərt, güclü və dəhşətli mələklərdir. Onlar aləmlərin Rəbbi olan Allaha iman gətirməyənlərdən layiq olduqları şəkildə intiqam almaq üçün yaradılıblar və öz işlərini qüsursuz şəkildə yerinə yetirirlər. Zəbanilərin cəhənnəm əhlindən kiməsə "iltimas" (güzəşt) etməsi, əzabı azaltması, inkarçı kafirləri gözlərindən yayındırması əsla mümkün deyil.
Hər bir insan belə bir təhlükə ilə qarşılaşa bilər. Əgər onu yaratmış Allaha nankorcasına qarşı çıxıb ən böyük günahı edərsə, o, cəhənnəm əzabı ilə cəzalandırılacaq. Bu səbəbdən də Allah insanları bu mövzuda xəbərdar edir:
Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir. (Təhrim surəsi, 6)
Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq! (Ələq surəsi, 15-18)
MƏNASIZ YALVARIŞLAR VƏ ÜMİDSİZLİK
Cəhənnəm əhli böyük çarəsizlik içindədir. Başlarına gəlmiş əzab həm dəhşətli dərəcədə əzabverici, həm də əbədidir. Onlar burada yalnız sızıldayır və yalvarırlar. Hətta hər gördükləri insana yalvarırlar. Cənnət əhlini gördükləri zaman onlardan bir parça da olsa su və yemək istəyirlər. Allaha yalvararaq bağışlanmalarını diləməyə çalışırlar. Lakin bunların hamısı mənasızdır.
Onların yalvarışlarının bir hissəsi də cəhənnəmin gözətçiləri olan zəbanilərə yönəlib. İnkarçılar onlara hətta görünməmiş işgəncələr verən bu əzab mələklərinə də yalvarır və onlardan Allahla öz aralarında vasitəçilik etmələrini istəyirlər. Düşdükləri əzab o qədər ağırdır ki, bu əzabın bir günlüyə də olsa yüngülləşdirilməsi üçün yalvarırlar. Lakin onlara cavab verilmir:
Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!" deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələrlə gəlməmişdilər?" Onlar: "Bəli, gəlmişdilər!" - deyə cavab verəcəklər. Onlara: "Elə isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin duası isə boş şeydir. (Mumin surəsi, 49-50)
Bununla yanaşı Allahdan mərhəmət də diləyirlər. Lakin bu da mənasızdır:
Onlar deyərlər: "Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də qayıtsaq, şübhəsiz ki, zalim olarıq". Allah buyurar: "Orada zəlil vəziyyətdə durub qalın və mənə heç bir şey deməyin! Çünki bəndələrimdən bir zümrə var idi ki, onlar: "Ey Rəbbimiz! Biz iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz onlara gülürdünüz. Həqiqətən, mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır! (Muminun surəsi, 106-111)
Bu ayədən məlum olduğuna görə, bu, Allahın cəhənnəm əhlinə son xitabıdır (ən doğrusunu Allah bilir). Çünki Allah onlara "ora girin və mənə heç bir söz deməyin" dedikdən sonra artıq bunun əksi mümkün deyil. Bundan sonra Allah cəhənnəm əhlinə əbədi olaraq xitab etməz. Hətta bu vəziyyəti düşünmək də insan üçün çox qorxuludur.
Cəhənnəm əhli çığıra-çığıra əzab çəkərkən xilas olub xoşbəxtlik əldə edənlər, yəni möminlər isə cənnət nemətləri içindədirlər. Cəhənnəm əhlinin çəkdiyi mənəvi əzablardan biri də onların cənnət əhli ilə olan danışığıdır. İnkarçılar cəhənnəmin qorxulu əzabları içində işgəncə görərkən xüsusi məqsədlə yaradılan sistemlə cənnəti görür, oradakı böyük nemət və əzəmətə baxırlar. Dünyada xor baxdıqları möminlərin yüksək həyat tərzi keçirdiyini, gözəl məkanlarda, möhtəşəm evlərdə qeyri-adi dərəcədə cəlbedici qadınlarla birlikdə yaşadığını, ləziz yemək və içkilərdən daddığını görürlər. Özlərinin çəkdikləri əzab və alçaldılmanın əksinə olaraq möminlərin belə böyük nemət, dəyər və rahatlıq içində yaşamasının şahidi olurlar.
Bu isə onların əzabını daha da artırır. Onların peşmançılığı hədsizdir. Dünyada olarkən iman gətirməmələrinin, möminlərin əksinə olaraq Allahın hökmlərinə itaətsiz yanaşmalarının peşmançılığını çəkirlər. Belə bir vəziyyətdə cənnət əhli ilə əlaqə yaratmağa, onlardan kömək istəməyə də çalışırlar. Onların bu yalvarışları da mənasızdır. Bu vaxt cənnətdə olanlar da inkarçıların vəziyyətini görürlər və bu, onların Allaha şükür etməsini daha da artırır. Quranda cənnət və cəhənnəm əhli arasındakı danışıqlar belə ifadə edilir:
Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; günahkarlar barəsində: "sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik; yoxsulu da yedirtməzdik; batilə dalanlarla birlikdə biz də dalardıq; haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər bu vəziyyətdə qaldıq". Şəfaət edənlərin şəfaəti onlara fayda verməz! (Muddəssir surəsi, 40-48)
ƏBƏDİ ƏZABDAN ХİLAS OLMAQ ÜÇÜN BİR ХATIRLATMA
Bu bölmədə özlərini və hər şeyi yaradan qüdrət sahibi Allahın varlığına inanan və Onu inkar edən insanların halından çox qısaca olaraq bəhs etdik. Lakin yaddan çıxarmaq olmaz ki, bu dediklərimiz insanların dünyaya gəldikdən etibarən eşitdikləri cənnət və cəhənnəm təsvirindən fərqli məqsəd daşıyır. Bizim əsas məqsədimiz bəzi insanlara inamsız olaraq yaşadıqları bu həyatda çəkdikləri əzabın axirətdə də onlardan uzaq olmayacağını bir daha xatırlatmaqdır.
Əlbəttə, hər bir insan bu dünyada istədiyi kimi yaşayıb istədiyi yolu seçə bilər. Heç bir insan digərinə qarşı zorakılıq edə bilməz. Lakin Allahın varlığına və sonsuz ədalətinə iman gətirənlər kimi hamımızın vəzifəsi inkar edən və yaşadıqları şəraiti və gedişatı dərk etməyən insanları xəbərdar edib qorxutmaqdır. Çünki Allah öz ayələrində həmin insanların halını belə bildirmişdir:
Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!(Tövbə surəsi, 109)
Bu dünyada Allahın ayələrindən üz çevirib onların elə özlərini yaradanı şüursuzcasına inkar edən insanlar axirətdə heç bir şəkildə xilas olmayacaqlar. Belə olan halda insanın vəzifəsi həqiqəti dərk etdiyi zaman vaxt itirmədən getdiyi yoldan - sonu əzab olan yoldan geri qayıdıb Allaha iman gətirməkdir. Əgər bunu etməsə, aşağıdakı ayələrdə ifadə edilən peşmançılıqla üzləşəcək:
Kafirlər, yəqin ki, müsəlman olmalarını istərdilər! Qoy hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər! (Hicr surəsi, 2-3)
Əbədi əzabdan və bu peşmançılıqdan xilas olmağın, Allahın rizasını və cənnətini qazanmağın yolu isə budur.
Gecikmədən Allaha qəlbən iman gətirmək və bütün həyatını Onun razı olacağı əməllərə sərf etmək...
|